Bu gün Avropa Liqasında daha bir oyun keçiriləcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda daha bir oyun keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Rusiyanın “Spartak” (Moskva) klubu C qrupunda İngiltərə “Lester”ini qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Moskva təmsilçisi iki oyundan sonra 3 xalla ikinci pillədə qərarlaşıb. Britaniyalılar isə 1 xalla İtaliya “Napoli”si ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı başçılıq edir.

Avropa Liqası, qrup mərhələsi
C qrupu, III tur
20 oktyabr

18:30. “Spartak” (Moskva, Rusiya) – “Lester” (İngiltərə)

Gununsesi.info