
K-77M – dünyanın ən təsirli “hava-hava” raketi ola bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Military Watch” hərbi xəbər portalındakı məqalədə deyilir.
Məqalədə Su-57 qırıcısı üçün xüsusi olaraq hazırlanmış K-77M hava-hava raketinin uçuş məsafəsinin 190 kilometrdən çox olduğu və bununla da Rusiya təyyarəsinin qərbli rəqiblərinə qarşı üstünlük qazandığı bildirilir.
Həmçinin K-77M-in Rusiyanın raket üstünlüyünün bərpasında və Rusiya Hərbi Hava Qüvvələrinin ABŞ-ın AIM-260 kimi yeni nəsil raket təhdidlərinə qarşı müqavimətində əsas rol oynaya biləcəyi vurğulanıb.
Gununsesi.info