“Bu amansız hərəkətə görə ədalət olmalıdır” - DUNYA MİYATOVİÇ

Avropa Şurasının İnsan Hüquqları Komissarı Dunya Miyatoviç Rusiyanın Dnepr çayında bu ölkənin nəzarətində olan bəndin dağıdılması ilə bağlı bəyanat yayıb.

Komissarın ofisindən Gununsesi.info-ya göndərilən bəyanatda deyilir:

HTML tutorial

“Dnepr çayının Rusiyanın nəzarətində olan bəndin dağıdılması Ukraynaya qarşı müharibəsindən onsuz da çox əziyyət çəkən minlərlə insanın insan hüquqlarına təhlükə yaradır. İtirilmiş evlər, qaçan insanlar və ətraf mühitə ciddi zərər: bu amansız hərəkətə görə ədalət olmalıdır”.

Mais
Gununsesi.info