
Britaniyada məhkəmə-tibb ekspertinin gəldiyi nəticəyə görə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ötən il kokaindən asılılıqla bağlı təbii səbəblərdən vəfat edib.
Ekspertlər martın 24-də elan edilmiş bu nəticənin Aysultan Nazarbayevin “müəmmalı ölümündən” şübhələri aradan qaldıracağına ümid edirlər.
O 2020-ci il avqustun 16-da London parklarından birində huşsuz vəziyytdə tapılmışdı.
29 yaşlı Aysultan kokaindən asılılıqla uzun illər idi ki, mübarizə aparırdı.
“Şübhəli ölüm”
O ailəsinin korrupsiyası ilə bağlı bir neçə ittihamlar irəli sürmüşdü. Onun məhz hansı səbəblərdən ölməsi buna görə maraq və şübhələr doğurmuşdu.
Lakin məhkəmə-tibb eksperti Fiona Uilkoks araşdırmanın sonunda şahidlərin, polisin və psixiatrların dedikləri ilə razılaşıb.
Onlar bildirirdilər ki, bu ölüm narkotiklərlə bağlıdır və başqa heç bir şübhə oyatmamalıdır.
Aysultan – Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın onun keçmiş əri Raxat Aliyevdən ikinci oğlu idi.
Raxat Aliyev 2015-ci ildə qətl şübhəsi ilə saxlandığı Avstriya həbsxanasında ölüb.
Bir vaxtlar Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti olmuş Aysultan, son illərdə haklimiyyətə və qüdrtəli ailəsinin üzvlərinə qarşı ağır ittihamlar irəli sürmüşdü.
Gununsesi.info