
“Brent” markalı neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə olaraq bir barel üçün 91 dolları ötüb.
Gununsesi.info xəbər verir ki, bu, Londonun ICE birjasının göstəricilərində əks olunub.
Belə ki, xam neftin 2022-ci ilin aprel ayında tədarük üçün fyuçers müqaviləsinin qiyməti 1,82% artaraq 91,1 dollar/barel təşkil edib. Eyni zamanda, WTI markalı xam neftin mart fyuçersləri 2,01% artaraq bir barel üçün 90,03 dollar olub.
Qeyd edək ki, WTI markalı neftin qiyməti bir barel üçün 90 dollar həddini sonuncu dəfə 2014-cü il oktyabrın 7-də ötmüşdü.
Gununsesi.info