“Böyük qayıdış astanasındayıq” - İLHAM ƏLİYEV

  • By admin
  • 20 Oktyabr 2020 15:13

“Biz böyük qayıdış astanasındayıq. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar”.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.

“Baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb. Bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilib. Onlar bu qayğıya görə bizə minnətdardırlar”, – deyə Prezident qeyd edib.

 

 

Gununsesi.info