
Azərbaycanda yeni fəaliyyətə başlayan Mediasiya Şurasına beynəlxalq qurumların da marağı artıb.
Gununsesi.info xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri Mediasiya Şurasında olub.
Qonaqlar Mediasiya Şurasının iş rejimi və ofis şəraiti ilə yaxından tanış olublar.
Mediasiya Şurasının sədri Nadir Adilov BMT-in insan Hüquqlari üzrə Ali Komisarlığının Cənubi Qafqaz Regionu üzrə Baş Müşaviri Vladimir Şkolnikov və Azərbaycan ofisinin rəhbəri Kamran Bağırovla görüşüb.
Görüş zamanı Azərbaycan da aparılan mediasiya islahatları, Şuranın iş prinsipləri, mediatorların və mediasiya təşkilatlarının fəaliyyəti, gələcək planlar barədə qonaqlara məlumat verilib. Eyni zamanda mediasiyanın insan hüquqlarının müdafiəsi mexanizmlərinə müsbət yan təsirləri müzakirə edilib.
Həmçinin, Vladimir Şkolnikov insan hüquqlarının pozuntularının qarşısının alınması, davamlı sülhün təmin edilməsi və eyni zamanda zorakılığın əsas səbəblərinin aradan qaldırmasının vacibliyini qeyd edib və bildirib ki, bu sahədə mediatorlar geniş anlayışlı biliklərə sahib olmalıdırlar.
Günay
Gununsesi.info