BMT Təhlükəsizlik Şurası İranın Kirman şəhərində törədilən terror aktını pisləyib

  • By ilhame
  • 04 Yanvar 2024 21:59

BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 3-də İranın Kirman əyalətində törədilən terror aktını pisləyib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

 

Qedy olunub ki, hadisənin səbəbkarları, təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır.

 

Təhlükəsizlik Şurası həlak olanların ailələrinə və İran hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

 

Təşkilat əlavə edib ki, terrorizmin bütün forma və təzahürləri beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

 

Gununsesi.info