
Ukraynada ən azı 1119 mülki şəxs həyatını itirib, 1790-ı isə yaralanıb, hücumlardan sonra 3 milyon 821 min 49 qaçqın qonşu ölkələrə köçüb.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı böhranla bağlı məlumatında deyilir.
Məlumata görə, Ukraynadan ən çox Polşa (2 milyon 267 min 103), Rumıniya (586 min 942), Moldova (381 min 395), Macarıstan (349 min 107) və Slovakiyaya (272 min 12) qaçqın keçib.
Gununsesi.info