
ABŞ Koreya Xalq Demokratik Respublikası(KXDR) ilə ilkin şərt olmadan dialoqa açıqdır və ona qarşı heç bir düşmən niyyəti yoxdur.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu sözləri mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Mən vurğulamaq istəyirəm ki, bizim KXDR-ə qarşı heç bir düşmən niyyətimiz yoxdur. Pxenyan bu yolu seçərsə, biz ilkin şərt olmadan dialoqa açıq qalırıq”, – deyə dövlət katibi bildirib.
Eyni zamanda o, Şimali Koreyanın yeni raket sınağı həyata keçirəcəyinə şübhə etməyib.
Gununsesi.info