Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb

  • By ilhame
  • 03 Fevral 2024 19:39

Almaniyanın paytaxtı Berlin şəhərində 150 mindən çox insanın iştirak etdiyi sağçı ekstremizmə qarşı etiraz aksiyası keçirilir.

 

Gununsesi.info bu barədə “TASS”a istinadən məlumat yayıb.

 

“150 mindən çox insan aksiyanın keçirildiyi yerdə və ətraf ərazilərdədir”, – məlumatda deyilir.

 

Şəhərdə nəqliyyatın hərəkəti xeyli çətinləşib, hökumət məhəlləsində bir neçə küçə bağlanıb.

 

Bildirilib ki, aksiyanın sonuna qədər etirazçılar Reyxstaqın ətrafında insan zənciri təşkil edəcəklər.

Gununsesi.info