Bayram günlərində SMS almadan küçəyə çıxanlara güzəşt ediləcək?

  • By arzu
  • 31 Dekabr 2020 18:28
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Sosial şəbəkələrdə yazılanlara görə, bayram günləri, yəni dekabrın 31-də, eləcə də yanvarın 1-i vətəndaşlara güzəştlər ediləcək.
Yəni həmin günlərdə SMS almadan belə küçəyə çıxanlara cərimələr yazılmayacaq.
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirildi ki, yazılanlar həqiqəti əks etdirmir. Heç bir halda karantin qaydalarının pozulmasına göz yumulmayacaq və heç bir güzəşt olmayacaq.