Bayden Zelenskini ABŞ-a dəvət etdi

  • By admin
  • 07 İyun 2021 22:41

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskini Vaşinqtona dəvət edib.

Bayden Zelenski ilə telefon danışığlnda Avropaya səfərindən qayıtdıqdan sonra onu bu yay Ağ Evdə qarşılamağı səbirsizliklə gözlədiyini söyləyib.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik  üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Prezident Baydenin Ukrayna Prezidenti Zelenski ilə telefonda danışdığı Oval Ofisdən brifinq otağına gəldim. Bu, Prezident Baydenin Avropaya səfəri və Prezident Putinlə görüşmədən əvvəl planlaşdırdıqları zəngdir” – müşavir deyib.

Gununsesi.info