
ABŞ prezidenti Co Bayden cümə axşamı təxminən 2500 ABŞ əsgərinin Talibanla əldə olunan razılığa əsasən Amerika qüvvələrinin ölkəni tərk etməsi üçün son möhlət tarixi kimi razılaşdırılan 1 maydan sonra da Əfqanıstanda qala biləcəyini etiraf edib.
“Mayın 1-nə qədər çatdırmaq çətin olacaq” – deyə, Bayden prezident olaraq Ağ Evdə keçirdiyi ilk mətbuat konfransında jurnalistlərə bildirib.
Bayden gecikmələrə görə “taktiki səbəblər” göstərib, lakin deyib ki, ABŞ həmin günə qədər çıxmasa belə, o, ABŞ əsgərlərinin gələn ildən sonra Əfqanıstanda qalacağını təsəvvür edə bilmədiyini deyib.
Bayden “Bunun belə olacağını təsəvvür edə bilmirəm. Mənim orada uzun müddət qalmaq niyyətim yoxdur” deyib.
“Burada əsas sual bizim Donald Trampın qoşunlarımızın ölkəni tərk etməsi ilə bağlı əldə etdiyi və başından bəri həyata keçirilməsi çətin görünən bu razılığı necə və hansı şərtlər altında həyata keçirəcəyimizdir,” o deyib.