Baydenə qarşı etiraz aksiyası keçirildi - Fotolar

ABŞ prezidenti Co Bayden prezident seçkiləri ərəfəsində ianə kampaniyası üçün Nyu Yorka getdiyi zaman “Fələstinə dəstək qrupu” tərəfindən etirazla qarşılanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə etirazçı Nyu-Yorkun məşhur nümayiş mərkəzi olan “Radio City Music Hall” qarşısında toplaşaraq  etiraz aksiyası keçiriblər.

Etirazçılar Baydeni Qəzzada dinc sakinlərin ölümünə səbəb olan İsrailə verdiyi dəstəyi üçün qınayıblar.

Demokratlar Partiyasının 25 milyon dollar toplamaq məqsədi ilə təşkil etdiyi ianə gecəsinə qatılan Baydenlə yanaşı, onu dəstəkləyən keçmiş prezidentlər Barak Obama və Bill Klinton da etirazçıların hədəfində olub.

İsrailin Qəzzada dinc sakinləri öldürməyə davam etməsinə və ABŞ-ın bölgədə daimi atəşkəsə dəstək verməməsinə reaksiya verən nümayişçilər “Soyqırımçı Co”, “Fələstin azad ediləcək, Bayden bunu görəcək” kimi şüarlar səsləndirərək, Qəzzada dərhal atəşkəs olmasını tələb ediblər

Onlar seçiciləri səsvermədə qatılmamağı çağırıblar.

Qeyd edək ki,  Baydenin toplayacağı ianə məbləğinin 25 milyon dollara çatacağı gözlənilir.