
Bakı şəhər sakini Ramilya Lisina Media.Az-ın redaksiyasına maddi yardım üçün müraciət edib. Onun cəmi bir il 10 aylıq oğlu təcili əməliyyat olunmalıdır. Lakin tənha ananın bahalı əməliyyat xərclərini ödəməyə imkanı çatmır.
Mikayıl vaxtından əvvəl doğulub və elə ilk günlərdən həyat uğrunda mübarizə aparıb. Artıq hər şeyin normallaşdığı bir vaxtda ananın göz yaşları ilə xatırladığı bir hadisə baş verib.
“Noyabrın 2-də Mikayıl qidalanarkən qan qusmağa başladı. Leyla Şıxlinskaya klinikasına gedərkən yolda da qan fontanı dayanmaq bilmirdi. Ultrasəs, rentgen, endoskopiya müayinələrindən sonra uşağa damarın portal hipertenziyası və mədədə damar genişlənməsi (varikoz) diaqnozu qoyuldu. Müayinəni Mərkəzi Klinik Xəstəxanada davam etdirdik və kompüter tomoqrafiyasından (KT) sonra həmin diaqnoz təsdiqləndi. Bununla yanaşı, mədəsində tromboz və poliplər də aşkar olundu.
Həkimlər mənə izah etdilər ki, bu, saatlı bombadır, hər an damar partlaya və qanaxma başlaya bilər. Bu xəstəlik çox nadir və təhlükəlidir, çünki qaraciyərin serrozuna gətirib çıxarır.
Həkimlər şurası bu vəziyyətdə qaraciyərdaxili şuntlamanın (TIPS) kömək edəcəyinə qərar verdi. Boyun damarı ötürücü kimi qaraciyər üzərindən qoyulacaq ki, bununla da orqan daxilindəki qan axını və təzyiqi azaldılacaq. Bu təzyiq aradan qaldırılmazsa, o zaman qaraciyərin sirrozu və bu orqanın transplantasiyası lazım ola bilər. İzmirdən türkiyəli professor, həkim Orxan Yergünə müraciət etdik. O, noyabrın 18-19-da Bakıya gələrək əməliyyatı keçirməyə hazırdır. Lakin əməliyyatın qiyməti 15.000 dollardır (təxminən 25.000 manat) və bir təhna valideyn kimi mənim buna gücüm çatmır. Hazırda qohumlar və dostlar sayəsində 10 min manata yaxın pul yığa bildim, amma müddət artıq başa çatır. Məbləği sonadək toplamaq üçün sözün əsl mənasında bir neçə günümüz var.
İstənilən şəkildə kömək edə bilən hər kəsdən xahiş edirəm ki, bizim üçün bu çətin anda səsimizə səs versin. Xahiş edirəm, balaca Mikayıl can ver.
Dərdimə biganə qalmayan hər kəsə əvvəlcədən təşəkkür edirəm”, – deyə Ramilya xanım bildirib.
Media.Az-ın redaksiya heyəti laqeyd olmayan hər kəsi bu ailənin probleminə anlayışla yanaşmağa, balaca Mikayıla bacardıqca kömək etməyə çağırır.
Ramilya xanımla +994 50 643 51 31 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bank kartı nömrəsi: Beynəlxalq Bank 5522 0993 4109 3003 Lisina Ramilya adına.
Siz həmçinin 2093625 müştəri kodu və doğum tarixi 06/01/1983-dən istifadə etməklə MilliÖN terminalları, yaxıd da 5522 0993 4109 3003 nömrəli kart və ya 1M0KPRJ FIN kodu ilə E-manat terminalları vasitəsilə pul köçürə bilərsiniz.