Bakının mərkəzində silahlı quldurluq - Pullarını əlindən aldılar

Bakıda quldurluq hadisəsi baş verib.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini P.Miqunov fevralın 28-də Azadlıq prospektində bir nəfərin onu bıçaqla hədələyib 272 manat pulunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.info