
Bakı-Ələt-Qazax magistral yolunun Qaradağ rayonu Puta qəsəbəsi ərazisində – Hərbi Dəniz Qüvvələrinin qərargahının önündə baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Gununsesi.info-ya bildirilib ki, hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.
Hazırda magistral yolda hərəkətin bərpa edilməsi istiqamətində iş aparılır.
Gununsesi.info