
Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Gununsesi.info bildirir ki, bu barədə “Buta Airways”dən məlumat verilib.
Bu səbəbdən “Buta Airways”in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa beynəlxalq hava limanında (ESB) enməyə qərar verib.
Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib. Sabiha Gökçen aeroportu icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.
Gununsesi.info