Bakıda yol-nəqliyyat qəzası baş verib

  • By ilhame
  • 18 Fevral 2024 10:16

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Qarayev Taleh Elman oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info