
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi faktını göstərən növbəti video görüntülər yayılıb.
Gununsesi.info-nun xəbərinə görə, sosial şəbəkələrdə yayılan bu görüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib:
”Metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində qeydə alınıbGörüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.