Bakıda işçilərin orta aylıq əməkhaqqısı azalıb

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarının ilkin məlumatlarına əsasən, işçilərin orta aylıq nominal əməkhaqqı 927,1 manat olub.

Qeyd edilib ki, əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 9,4 faiz azalıb.