Bakıda beşmərtəbəli binada yanğın oldu

Bakıda beşmərtəbəli binada yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 63 kvadratmetr olan mənzilin 1 otağında qapı və qismən ev əşyaları yanıb.

HTML tutorial

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info