
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Rzazadə Nurlan Surxay oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info