
Rusiya rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına hazırlıq nümayiş etdirməsini alqışlayır.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Rusiyanın bu məsələdə vasitəçilik etdiyini deyib:
“Bu danışıqlar prosesinə hərtərəfli dəstək göstərməyə hazır olduğumuzu bir daha təsdiq edirik. Sülh müqaviləsinin imzalanması vaxtına gəlincə, bu barədə danışmaq hələ tezdir”.
Gununsesi.info