
Bu gündən Azərbaycanda orta və ali məktəblərdə əyani tədris tam bərpa olunub.
Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarına əsasən bütün ali məktəblərdə yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasportu tələb olunur.
Ən böyük tələbə kontingentinə malik olan Bakı Dövlət Universitetinin qarşısında COVID-19 sertifikatı yoxlaması zamanı böyük sıxlıq yaranıb. Tələbələr durumdan narazılıq edərək, sıxlığın yoluxmanın artmasına yol aça biləcəyini bildiriblər.
Qeyd edək ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir.
Gununsesi.info