
Xəbər verdiyimiz kimi Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev öz postundan kənarlaşdırılıb.
Bununla bağlı araşdırmamızda bəlli olub ki, İman Nağıyevin yola salınmasına səbəb onun qanunla nəzərdə tutulan yaş həddinə çatmasıdır.
Bununla belə Gununsesi.info-ya daxil olan daha bir xəbərdə İman Nağıyevin yenidən öz postuna qayıtması üçün çalışdığı deyilir.
Qeyd edək ki, sədr kimi vəzifəsindən getsə də hələlik, onun hakim kimi səlahiyyətlərinə xitam verilməyib.
Bəzi mənbələr isə İman Nağıyevin səlahiyyət müddətini artıra bilməməsinə səbəb kimi isə Bakı Apellyasiya Məhkəməsindəki korrupsiya halları barədə yuxrarı instansiyalara kütləvi şikayətlərin olmasını iddia edir.
Hazırda Bakı Apellyasiya Məhkəməsinə yeni sədr təyinatı da baş verməyib. Ona görə də ümidini itirməyən İman Nağıyevin yenidən öz postuna qayıtması üçün səy göstərdiyi deyilir.
Günay
Gununsesi.info