AZAL-da yeni təyinat oldu

“Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyinat olub.

Gununsesi.info AZAL-a istinadən xəbər verir ki, bu vəzifə Nərmin Xəlilovaya həvalə edilib.

Azərbaycanın KİV-ində böyük təcrübəyə malikdir, uzun müddət televiziyada çalışıb.

Xatırladaq ki, İctimaiyyətlə əlaqələr xidmətinə Paşa Kəsəmənski rəhbərlik edir.

Gununsesi.info