Azərbaycanın nə qədər neft ehtiyatı var? – “Fitch Ratings” və BP açıqladı

Ötən ilin əvvəlindəki neft hasilatı səviyyəsi nəzərə alındıqda Azərbaycanın daha 25 illik ehtiyatları mövcuddur.

Gununsesi.info xəbər verir ki, bu barədə “Fitch Ratings” və BP məlumat yayıb.

Bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdədir. Siyahıda ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.

“Fitch”in məlumatına görə, 2019-cu ildə ölkənin neft və qaz ehtiyatları dünya ehtiyatlarının 0,8%-ni təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan 37,5 milyon ton, 2020-ci ildə isə 34,6 milyon ton neft istehsal edib.

Gununsesi.info