Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb

  • By ilhame
  • 24 Mart 2024 13:37

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib.

Gununsesi.info federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb.

Azərbaycan (U-16) – “Rustavi” 78:55

Azərbaycan (U-16) – “Pachulia Academy” 68:61

Qeyd edək ki, yığma martın 25-də təlim-məşq toplanışını yekunlaşdıraraq Vətənə qayıdacaq.

Gununsesi.info