Azərbaycanda pensiyaçıların sayı sürətlə azalır -ARAŞDIRMA

  • By admin
  • 29 Mart 2024 00:43

1995-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən əmək pensiyaçılarının sayı 106 nəfər olduğu halda 2024-cü ildə 69 nəfərə düşüb”.

Gununsesi.info-nun xəbərinə görə, bunu araşdırmaçı jurnalist Allahverdi Aydın yazıb.

O, daha sonra əlavə edib:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əzimkar fəaliyyəti” sahəsində Azərbaycan regionda nəinki Ermənistan və Gürcüstana, hətta Türkmənistana da həsəd aparmağa başlayıb.

“Möhtəşəm” pensiya islahatlarınız sahəsində gəlib çıxdığımız mərhələ budur: Pensiya ödənişi müddətinə görə regionun autsayderinə çevrilmişik.

1995-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən əmək pensiyaçılarının sayı 106 nəfər olduğu halda 2024-cü ildə 69 nəfərə düşüb.

1995-ci ildə ölkə əhalisi 7,6 milyon nəfər, əmək pensiyaçılarının sayı 813 min nəfər olub. 30 ildən sonra – 2024-cü ildə ölkə əhalisi 10,2 milyon nəfərə yüksəlib, amma əmək pensiyaçılarının sayı 701 min nəfərə düşüb…