Azərbaycanda erkən nikah faktı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Sabirabad rayon Qarağac kəndinin icra nümayəndəliyi rayonda erkən nikah faktının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Məsələ ilə bağlı unikal.az-a Qarağac kəndinin icra nümayəndəsi Zaur Dəmirov danışıb:

“Biz həmin ailədə olduq. Ərə verilən qız 2005-ci il təvəllüdlüdür. Onun 17 yaşı tamam olub. Ailəsinin razılığı ilə ailə həyatı qurmasına icazə verilib. Oktyabr ayının 13-də bizim kənddə qız toyu olub. Oğlan toyu isə Şirvan şəhərində baş tutub”.

14:04

Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.

APA xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.

Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.

Gununsesi.info