
Azərbaycanda oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütuna yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-8° isti olacaq.
Gununsesi.info