Azərbaycanda 49 yaşlı müəllim intihar etdi

İsmayıllı rayonunda müəllim intihar edib.

Gununsesi.info oxu.az-a istinadla xəbər verir ki, rayonun Mican kənd sakini, 1972-ci il təvəllüdlü Nəzakət Müzəffərli yaşadığı evdə özünü asaraq intihar edib.

O, coğrafiya müəllimi olub. Son vaxtlarda psixoloji sarsıntı keçirdiyi deyilir.

İntiharın dəqiq səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info