Azərbaycanda 19 nəfər koronavirusdan öldü

Azərbaycanda son sutkada koronavirusa 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gununsesi.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.

Gununsesi.info