Azərbaycana yaz gəldi

Azərbaycana yaz fəsli gəlib.

Gununsesi.info  xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:06:21-də qeydə alınıb.
Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Qeyd edək ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Gununsesi.info