Azərbaycan Gorus-Qafan yolunda daha bir post qurur

  • By admin
  • 14 Noyabr 2021 13:54

Hazırda gömrük məntəqəsidir, yoxsa başqa bir şeydir, məlumat yoxdur. Yalnız o məlumdur ki, azərbaycanlılar düz yolun kənarında köşk quraşdırıblar.

Gununsesi.info xəbər verir ki, bunu Qafan meri Gevorq Parsyan Gorus-Çakaten yolu ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

“Yol hazırda əvvəlki rejimdə fəaliyyət göstərir. Lakin onun gömrük postuna çevriləcəyi ilə bağlı narahatlıqlar var”.

Qeyd edək ki, erməni mediası Gorus-Qafan yolunun Çakaten kəndi istiqamətində Azərbaycan Ordusunun qüvvə yerləşdirdiyi haqda məlumat yaymışdı.

Gorus-Qafandakı ilk postumuz Eyvazlı kəndi yaxınlığında yerləşir.

Gununsesi.info