Azərbaycan Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb, müsabiqənin rəsmi saytı yazır.

Gununsesi.info xəbər verir ki, Hazırda məlum olan siyahıya görə, final mərhələsində Azərbaycandan başqa Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland, Norveç, İsrail, Rusiya, Belçika, Malta, Litva, Ukrayna, Kipr, İsveç təmsilçiləri çıxış edəcək. Bu siyahı ikinci yarımfinal mərhələsindən asılı olaraq arta bilər.

  • Eurovision mahnı yarışması: Ən qəmgin mahnılar qalib olur?
  • Tacik olduğu üçün Rusiyada nifrət edilən Manija: “Səhnəyə çıxacağam, oxuyacağam” – Eurovision 2021

Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edir.

Mahnının musiqisi və sözləri Amy van der Wel, Josh Earl, Luuk van Beers, Tony Cornelissen-ə aiddir.

Mahnı müsabiqəsi Hollandiyanın Rotterdam şəhərində keçirilir.

Müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final isə mayın 22-də baş tutacaq.

Samira Efendinin rəsmi musiqi videosuna Eurovision mahnı müsabiqəsinin Youtube kanalında 5 milyondan çox baxılıb.

Rotterdamda müsabiqə 2020-ci ildə keçirilməli olsa da, müsabiqə COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı.