Azərbaycan 5 erməni hərbçini Ermənistana verdi

  • By admin
  • 20 Oktyabr 2021 20:52

Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb.

Erməni hərbçiləri daşıyan təyyarə artıq Bakıdan İrəvana yola düşüb. Təyyarənin Rusiya Müdafiə Nazirliyinə aid olduğu bildirilir.

Həmin erməni hərbçilər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb.

Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi qiymətləndirilir.

Gununsesi.info