ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı

İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ara Ayvazyanla danışıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün tvitter səhifəsində məlumat verib.

“Azərbaycan-Ermənistan sərhədində cərəyan edən hadisələrlə bağlı bu gün Azərbaycan və Ermənistandakı həmkarların Ceyhum Bayramov və Ara Ayvazyanla danışdım. ATƏT sədrliyi və şəxsi nümayəndəm vəziyyəti yaxından izləyir”, -deyə Ann Linde qeyd edib.

Gununsesi.info