
ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyası bu ölkədə öz mandatını dayandırmadan yerinə yetirməyə davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.
“Mən ATƏT-in Xüsusi Monitorinq Missiyası və ATƏT-in Ukraynadakı Layihə Əlaqələndirici Ofisinin müstəsna işinə görə çox minnətdaram. Onlar öz mandatlarını fasiləsiz yerinə yetirməyə davam edəcəklər”, – Şmid tviter səhifəsində vurğulayıb.
Bundan əvvəl bəzi KİV-lər xəbər veriblər bir sıra ölkələr ATƏT müşahidəçilərini yenidən yerləşdirmək qərarına gəliblər.
Gununsesi.info