
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Belçika parlamentinin aşağı palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyib. Gununsesi.info bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.
“Bu gün Belçika Nümayəndələr Palatasının Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 1597 saylı qətnamə “yerdə”dəki nə tarixi, nə hüquqi, nə də faktiki reallıqlara uyğundur. Biz Türkiyənin ünvanına əsassız iddialar və ittihamları özündə əks etdirən bu qətnaməni rədd edirik”, – Türkiyə XİN rəsmisi Hami Aksoyun yazılı bəyanatında deyilir.
Aksoy bildirib ki, bu sənəd Belçika Nümayəndələr Palatasının, eləcə də bir sıra digər parlamentlərin birtərəfli ermənipərəst ritorikasına alət olmalarına, qərəzli hərəkət etmələrinə və daxili siyasətə yönəlmiş dar maraqların girovuna çevrilmələrinə bariz nümunədir.
Gununsesi.info