
Hesabatda qeyd olunub ki, sözügedən əməliyyat sisteminə sahib telefonların əsas fərqi alındıqdan sonra Android smartfonlarının daha çox dəyər itirməsidir. Belə ki, satın alındıqdan 12 ay sonra bu cihazlar iPhone-lara nisbətən iki dəfə çox ucuzlaşır.
Android telefonlar 33,62 faiz ucuzlaşdığı halda iPhone-lar 16,70 faiz dəyər itirir. İki il sonra bu rəqəm müvafiq olaraq 61,50 faiz və 35,70 faiz olur. 4 il sonra isə ucuzlaşma Android-lərdə 81,11 faiz, iPhone-larda 66,43 faizdir.
Birinci ildə ən çox ucuzlaşan markalar HTC, Motorola və Sony-dir. HTC 53,08, Motorola 42,57, Sony ise 39,51 faiz dəyər itirir.
Apple və Samsung modellərində isə göstərici aşağıdakı kimidir:
Samsung Galaxy S20 (9 ayda 34,78%) – iPhone 11 (bütün 2020-ci il üçün 12,84%)
Samsung Galaxy S20 + (9 ayda 30,59%) – iPhone 11 Pro (bütün 2020-ci il üçün 21,31%)
Samsung Galaxy S20 Ultra (9 ayda 36,30%) – iPhone 11 Pro Max (bütün 2020-ci il üçün 15,96%).
Gununsesi.info