“Anatolian Phoenix-2023” beynəlxalq təlimində praktiki tapşırıqlar icra edildi - VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimində praktiki tapşırıqlar icra edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

HTML tutorial

Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.

Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin axtarış-xilas və təxliyə edilməsi fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Gununsesi.info