Amerikalı general Xəzərdə

Bu gün Cənubi Qafqazda təhlükəzlik məsələlərlə məşğul olan ABŞ generalı Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə idarəsini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, Amerikalı general bir müddət əvvəl həbs edilə DSX generalı Əfqan Nağıyevlə birgə görüntülənib.

HTML tutorial

Qeyd edək ki, Əfqan Nağıyev həbsdən azadlığa çıxdıqdan sonra isə Cəbrayılın, Zəngilanın, Füzulinin azad olunmasına görə medallarıyla təltif edilib. İndi isə Əfqan Nağıyev ABŞ-ın nümayəndəsilə görüşür.

Görüşlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi də açıqlama yayıb.

Briqada generalı Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-ın Avropa Komandanlığının Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirmək məqsədilə Dövlət Sərhət Xidmətinin Sahil Mühafizə idarəsini ziyarət edib.

Şəbnəm

Gununsesi.info