AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin elan etdiyi müsabiqə yekunlaşıb.

Gununsesi.info-nun elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “Azəraqrartikinti” ASC olub. 

Müsabiqə üzrə şirkətə AMEA-nın Sumqayıt şəhərində Polimer Materialları İnstitutunun binasında yarımçıq qalmış təmir işlərinin davam etdirilməsi həvalə olunub.

Belə ki, şirkət tərəfindən cari işlərin aparılmasına 1 milyon 499,4 min manat sərf ediləcək.

Gununsesi.info