
Qazaxıstanın Almatı şəhərində gecə saatlarında şəhərin inzibati binalarına və Almatı Polis İdarəsinə hücum edilib.
Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Almatı Şəhər Polis İdarəsinin sözçüsü Saltanat Azirbek məlumat verib. O bildirib ki, sözügedən hücumun qarşısı alınıb və müqavimət göstərən onlarla etirazçı öldürülüb.
Qeyd edək ki, sosial şəbəkələrdə Qazaxıstan hüquq-mühafizə orqanlarının etirazçılara atəş açmasını əks etdirən kadrlar yayılıb.
Gununsesi.info