
Almaniya sakini təkrar yeni növ koronavirusa yoluxandan sonra vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Baden-Vürtemberq federal torpağının Səhiyyə Nazirliyindən bildiriblər.
Bildirilir ki, təkrar koronavirusa yoluxmadan sonra ölüm halı ölkədə ilk dəfə qeydə alınıb.
Qeyd edilir ki, 73 yaşlı şəxs ilk dəfə koronavirusa 2020-ci ilin aprel ayında, ikinci dəfə isə dekabr ayında yoluxub.
Gununsesi.info