Almaniya Bundestaqının deputatları Bakıda hüquq müdafiəçiləri ilə görüşüb

  • By admin
  • 01 Mart 2024 10:24

Almaniya Bundestaqının müxtəlif fraksiyaları təmsil edən 8 deputatı ölkəmizdə səfərdədir.

Gununsesi.info-nun məlumatına görə,Bundestaq üzvləri Almaniyanın Bakıdakı səfirliyində bir qrup hüquq müdafiəçisi və vəkillərlə Azərbaycanda insan haqlarının durumunu müzakirə edib.

Görüşdə iştirak edən Müdafiə Xətti İnsan Haqları Təşkilatının rəhbəri Rüfət Səfərov saytımıza açıqlamasında bildirib ki, Bundestaq üzvləri ilə vəkil Zibeydə Sadıqova və həmkarı Xalid Ağaliyevlə birlikdə müzakirə aparıblar:

“Əsas müzakirə mövzusu siyasi məhbusların taleyi, ölkənin məhkəmə-hüquq sisteminin mövcud durumu olub. Bildirim ki, bizi dinləyən Bundestaq üzvləri Azərbaycan hakimiyyətinin ali səviyyəli təmsilçiləri ilə də görüşəcək”.

Afət

Gununsesi.info