Almaniya: “Ərdoğan İsveçin NATO-ya üzvlüyünü sürətlə təsdiqləməlidir”

  • By arzu
  • 02 İyun 2023 10:49

Almaniyadan İsveçin NATO-ya üzvlüyü ilə bağlı sərt açıqlama səsləndirilib.

Gununsesi.info xarici mtbuata istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Naziri axanım Annalena Baerbok Türkiyə Prezidenti Ərdoğana çağırış edib.

HTML tutorial

Çağırışda İsveçin Atlantik qurumuna sürətlə üzvlüyünün təsdiqlənməsi yer alır.

Norveçin paytaxtı Osloda NATO Xarici İşlər Nazirləri toplantısında qatılan Baerbok bunları deyib:

“Nəhayət, İsveçi Litvada gerçəkləşdiriləcək NATO zirvəsində qəbul etmək böyük bir önəm daşıyır. Türkiyədən başqa NATO üzvləri Finlandiya və İsveçi ittifaqa qatılması ilə bağlı dəstək veriblər”.

 

Tərcümə: Arzu 

Gununsesi.info